Su kranı, arxiv şəkli

Saatlıda 9-cu sinif şagirdi yıxılaraq öldü

132
(Yenilənib 19:52 31.03.2019)
Tarverdiyev Rüstəm Vüqar oğlu su kranından su içərkən yıxılıb. Bu zaman onun başı betona dəyib.

BAKI, 31 mart — Sputnik. Saatlıda bədbəxt hadisə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Bəylik kəndində 9-cu sinif şagirdi yıxılaraq, aldığı zədədən vəfat edib.

Hadisə bu gün günorta saatlarında baş verib. 16 yaşlı Tarverdiyev Rüstəm Vüqar oğlu su kranından su içərkən yıxılıb. Bu zaman onun başı betona dəyib.

Yeniyetmə dərhal rayon xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

132