Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda “narkobaron” saxlanıldı

© Sputnik / Murad OrujovАрест, фото из архива
Арест, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
N.Əsədullayevdən 11 kiloqram marixuana götürülüb

BAKI, 30 mart — Sputnik. Bakı şəhər sakinindən külli miqdarda narkotik vasitə olan marixuana götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Əsədullayev saxlanılıb.

Ondan çəkisi 11,1 kiloqramdan artıq narkotik vasitə olan marixuana götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər lenti
0