Qızıl zinət əşlaraı, arxiv şəkli

Bakıda müdhiş oğurluq: Evdən 50 minlik qızıl aparıldı

87
(Yenilənib 10:36 30.03.2019)
Ev sahibəsinə ümumilikdə 53 min manatlıq ziyan dəyib

BAKI, 30 mart — Sputnik. Bakıda evdən külli miqdarda qızıl və pul oğurlanıb.

Sputnik Azərbaycan ONA-ya istinadla xəbər verir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə paytaxtın Xətai rayonu, R.Əliyev küçəsi 8 ünvanında qeydə alınıb. Rəna Məmmədovaya məxsus evdən 50 min manat dəyərində qızıl, 60 min rus rublu və 200 manat naməlum şəraitdə oğurlanıb. Nəticədə ev sahibəsinə 53 min manatlıq ziyan dəyib.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

87