Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sumqayıtda sexdə partlayış – Ölən və yaralananlar var

CC0 / Skeeze / SteelPoladəritmə zavodu
Poladəritmə zavodu - Sputnik Azərbaycan
Abunə olmaq
1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib

BAKI, 27 mart — Sputnik. Sumqayıtda Polad əritmə sexində partlayış baş verib.

Yanğın, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Qəbələdə güclü partlayış – Yaralananlar var

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, hadisə martın 22-də İnşaatçılar qəsəbəsinidə keçmiş TES 1-in ərazisində fəaliyyət göstərən Polad əritmə sexində qeydə alınıb.

Belə ki, partlayış zamanı həmin sexdə çalışan 4 nəfər, 1967-ci il təvəllüdlü Mehrəliyev Əlibaba Kamil oğlu, 1992-ci il təvəllüdlü Qaraçayev Ceyhun Nazim oğlu,1974-cü il təvəllüdlü Cəlilov Vüqar Məzahir oğlu və 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu ağır yanıq xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Daha sonra yaralılar Bakı şəhərinə aparılıb. Onlardan biri 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0