Yanğın

Bakıda daha bir yanğın hadisəsi baş verib

78
(Yenilənib 10:09 27.03.2019)
Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub

BAKI, 27 mart - Sputnik. Bakı şəhərinin Xəzər rayonunda beşmərtəbəli yaşayış binasının çardağında istifadəsiz ev əşyaları və taxta tullantıları 10 m² sahədə yanıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina və mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

78
Teqlər:
Fövqəladə Hallar Nazirliyi, bina, Bakı, yanğın
Əlaqədar
Yanğın məşhur ticarət mərkəzini külə döndərdi - FOTO
Nizami rayonundakı yanğın şiddətlənir, söndürülmə əməliyyatına helikopterlər cəlb edilib
Yanğın hadisəsi nəticəsində xəsarət alan var - RƏSMİ
"Diqlas" ticarət mərkəzində yanğın zamanı xəsarət alanların dəqiq sayı bilindi