Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ekspert yanğınla bağlı xəbərdarlıq etdi

© Sputnik / Murad Orujov“Diqlas” Ticarət Mərkəzində yanğın
“Diqlas” Ticarət Mərkəzində yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
"Hər il dünyada yanğınlar 85-90 min insanın həyatına son qoyur"

BAKI, 26 mart - Sputnik. “Yanğın təhlükəsizliyi ictimai təhlükəsizliyin ən mühüm elementlərindən biridir. Ona görə də hər yerdə və hər kəs yanğın təhlükəsizliyi tələblərinə ciddi yanaşmalıdır”. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov öz “Facebook” səifəsində yazıb.

Пожар в торговом центре Диглас - Sputnik Azərbaycan
FOTO
Bakıdakı müdhiş yanğından görüntülər

O qeyd edib ki, xüsusilə ictimai yerlərdə - çoxmənzilli binalarda, ticarət obyektlərində, şou məkanlarında, təhsil müəssisələrində və s. yanğından mühafizə qaydaları heç vaxt unudulmamlıdır: “Yanğının baş verməsini istisna edən tədbirlərlə yanaşı, baş verən yanğının qarşısını almağın, insanları və müxtəlif maddi dəyərləri yanğından xilas etməyin mümkünlüyü də çox önəmlidir. Hazırda ölkəmizdə, xüsusən də Bakıda tikinti norma və qaydalarına məhəl qoyulmadan sıx məskunlaşma, xüsusən iri ticarət obyektlərinin ətrafında mövcud olan vəziyyət ciddi təhlükələrdən xəbər verir”.

Ekspert bildirib ki, hər il dünyada yanğınlar 85-90 min insanın həyatına son qoyur, inkişaf etmiş olkələrdə ÜDM-in, təxminən 1%-i yanğınlarda külə dönür.

Xəbər lenti
0