Fövqəladə Hallar Nazirliyi

FHN yanğının söndürülməsi ilə bağlı daha bir məlumat yaydı

83
(Yenilənib 12:21 26.03.2019)
Hadisə şahidlərinin Sputnik Azərbaycan-a verdiyi məlumata əsasən, yanğın hələ söndürülməyib

BAKI, 26 mart - Sputnik. Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının yayılmasının qarşısı alınıb. Bu barədə Sputnik Azərbaycan FHN-ə istinadən məlumat verir.

Xəbərdə deyilir: "Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Aviasiya dəstəsinin 3 ədəd helikopteri tərəfindən yanğının söndürülməsi üçün tədbirlər davam edir. Əlavə məlumat veriləcək".

Hadisə şahidlərinin Sputnik Azərbaycan-a verdiyi məlumata əsasən isə, yanğın hələ söndürülməyib, davam edir: "Bina tamamilə yanar konstruksiyadan (alkopan) olduğuna görə tam yanıb kül olmamış sönməz. Əraziyə lent çəkilib, sahibkarlar buraxılmır".

83
Mövzu:
Bakıdakı məşhur ticarət mərkəzi yandı (13)