Bakıda ticarət mərkəzində güclü yanğın başlayıb

Yanğın məşhur ticarət mərkəzini külə döndərdi - FOTO

2135
(Yenilənib 09:46 26.03.2019)
Son məlumata görə, "Diqlas" ticarət mərkəzi yanaraq tamamilə yararsız hala düşüb

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 26 mart - Sputnik. “8 km bazarı” yaxınlığında yerləşən “Diqlas" ticarət mərkəzində yanğın davam edir.

Sputnik Azərbaycan-ın əməkdaşı xəbər verir ki, səhər saatlarında başlayan yanğın ticarət mərkəzinə bitişik mağazalardan birində baş verib və qısa zamanda yayılmağa başlayıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin məlumatına görə, yanğın Nizamı rayonunda yerləşən "8-ci km bazarı"ndakı mağazalardan birinin damında başlayıb. Əraziyə yanğından mhafizə xidmətinin əməkdaşları və 8 yanğınsöndürən avtomobil cəlb edilib.

  • Bakıda ticarət mərkəzində güclü yanğın başlayıb
    Bakıda ticarət mərkəzində güclü yanğın başlayıb
    © Sputnik / Irade JELIL

    © Sputnik / Elena Starostina
1 / 10
© Sputnik / Irade JELIL
Bakıda ticarət mərkəzində güclü yanğın başlayıb

Son məlumata görə, "Diqlas" ticarət mərkəzi yanaraq, tamamilə, yararsız hala düşüb. Ərazidə mağazası olan şəxslərin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, bütün mallar sıradan çıxıb: “Səhər gəldim ki, ticarət mərkəzi yanır. Bilmirəm, içəridə yanmamış mallarım qalıb, yoxsa yox. Yanğın təmiz söndürüləndən sonra gedib baxacağam. Çox insana zərər dəydi. Bütün mağazalar kül olub”.

Hadisə şahidlərinin sözlərinə görə, yanğın birinci mərtbədə olan mağazadan başlayıb. Ticarət mərkəzinin çox hissəsi yanar konsktruksiyalardan ibarət olduğu üçün sürətlə yayılıb. İnsan itkisi yoxdur. Hazırda ərazidə Yanğından Mühafizə Xidmətinin əməkdaşları çalışır.

Yanğına ilkin səbəb kimi qısaqapanma göstərilir.

2135
Mövzu:
Bakıdakı məşhur ticarət mərkəzi yandı (13)