Yas çadırı

İki quda bir gündə həyatla vidalaşdı

304
(Yenilənib 22:01 24.03.2019)
Bir qudanı basdırıb qayıdanlar o biri qudanın ölümünün şahidi olublar

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 24 mart — Sputnik. Bərdənin Güloğlular kəndində qəribə və kədərli hadisə baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, iki quda bir gündə vəfat edib.

Ağdərə rayonunun Sırxavənd kəndindən məcburi köçkün düşərək Bərdə rayonunun Güloğlular kəndində məskunlaşmış Tapdıq Cəfərovun dəfnindən qayıdan kənd sakinləri daha bir ölüm hadisəsinə şahid olublar. Belə ki, Tapdıq Cəfərovun dəfnindən qayıdan qudası Baloğlan kişi ehsan süfrəsi arxasındaca dünyasını dəyişib.

İlkin məlumata görə, Baloğlan kişi şəkər xəstəliyindən əziyyət çəkirmiş. Onun qəfil ölümünə də bu xəstəliyin səbəb olduğu güman edilir.

304