Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Füzulidə ağır qəzada ölən var

CC0 / floz / Car crashQəzaya uğramış avtomobil, arxiv şəkli
Qəzaya uğramış avtomobil, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qatar minik maşınını əzik-üzük edib - VİDEO

BAKI, 24 mart — Sputnik. Füzuli rayonunda sərnişin qatarı ilə "VAZ-2106" markalı minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın "Report"a istinadla verdiyi məlumata görə, hadisə Araz Dilağarda kəndində baş verib.

Qəza nəticəsində avtomobilin sürücüsü - 1949-cu il təvəllüdlü Həsənov Barat Cəbrayıl oğlu hadisə yerində ölüb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Daha əvvəl Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xəbər lenti
0