Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Dibçəkdə çətənə yetişdirən balakənli yaxalanıb

© Sputnik / Shahperi AbbasovaMuğanlı kəndi ərazisində çətənə kolları aşkar olunub
Muğanlı kəndi ərazisində çətənə kolları aşkar olunub - Sputnik Azərbaycan
Abunə olmaq
Onun evindən qanunsuz olaraq saxladığı 1 ədəd “ TOZ-8” markalı silah da aşkar edilərək maddi sübut kimi götürülüb

BAKI, 22 mart - Sputnik. Balakən Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində əməliyyat həyata keçiriblər.

Astara rayon Polis Şöbəsi - Sputnik Azərbaycan
HADİSƏ
Astarada narkotik alverçisi tutuldu

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Xalatala kənd sakini 26 yaşlı Murad Abduyev saxlanılıb.

Onun yaşadığı evə baxış keçirilən zaman 1 ədəd dibçəkdə, hündürlükləri 10-15 sm olan kultivasiya yolu ilə yetişdirilmiş 31 ədəd çətənə bitkisinin şitilləri aşkar olunub. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində M.Abduyevin evindən qanunsuz olaraq saxladığı 1 ədəd “ TOZ-8” markalı silah da aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər lenti
0