CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əməkdar artist paytaxtın məşhur restoranında zəhərləndi

© pixabay / StockSnapNahar zamanı, arxiv şəkli
Nahar zamanı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ələkbərzadə: "Mən bu məsələ ilə bağlı restorana hələ də şikayət edə bilməmişəm"

BAKI, 21 mart - Sputnik. Əməkdar artist Emma Ələkbərzadə Bayılda yerləşən “Riviera” restoranında salatdan zəhərlənib.

O, səhhətində yaranan ciddi problemlə bağlı Yenisabah-a danışıb. Bildirib ki, dünən saat 16:30-da  “Riviera” restoranına gəlib: “Məni həmin restoranda hamı tanıyır. Salat sifariş etdim qızardılmış salmon balığı ilə. Heç ağlıma da gəlməzdi ki, bu məkanda yediyim yeməkdən bu hala düşə bilərəm. Mən kök olduğum illərdə “Riviera” çox balaca bir məkan idi. Bir dəfə də həmin restoranda yediyim tuna balığından hazırlanmış salatdan zəhərlənmişdim. 

Düşündüm ki, nə qədər vaxt və zaman keçib, bu restroranın da vəziyyəti dəyişib daha yaxşı olar. Heç restoranın sahibinin belə xəbəri yoxdur ki, orada tez-tez zəhərlənmə hadisələri baş verir. Amma sən saydığını say, gör fələk nə sayır.

Mən bu məsələ ilə bağlı restorana hələ də şikayət edə bilməmişəm. Səbəb isə oğlum Davidin tətildə olması ilə əlaqədərdir. Mən onu tək qoyub gedib restoranla bu məsələni həll edə bilmərəm.

Dünən vəziyyətim ağır idi. Çox gərgin idim. Ürək bulanma və qusmaların sayını belə itirmişəm. Bu gün bir az özümə gəlsəm də, səhhətim tam normaya düşməyib. Dünən təcili tibbi yardıma zəng vurmaq istəyirdim, lakin sonra fikrimdən daşındım. Çünki oğlum həkimlərdən qorxur, onları görən kimi başlayır ağlamağa. Amma öz şəxsi həkimimlə məsləhətləşib, onun verdiyi tövsiyələrə əməl edirəm”. 

Xəbər lenti
0