Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Astarada narkotik alverçisi tutuldu

© Sputnik / Rahim MuradovAstara rayon Polis Şöbəsi
Astara rayon Polis Şöbəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Onun narkotiki qabaqcadan əlbir olduğu İran islam Respublikasının vətəndaşından əldə etdiyini bildirir

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 20 mart - Sputnik. Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbirləri zamanı narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Əlləri qandallanmış şəxs, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Yol polisi saxladı, narkotik və silah tapdı

DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara şəhər sakini Rəşad Mahmudov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 1 bükümdə 103, 130 qram narkotik vasitə olan heroin, 1 bükümdə 108,036 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

O, narkotik vasitəni qaçaqmalçılıq yolu ilə Respublika ərazisinə keçirən qabaqcadan əlbir olduğu İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirib.

Faktla bağlı araşdırma davam etdirilir.

Xəbər lenti
0