Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Lotu Quli"nin adamları cinayət başında yaxalanıblar - VİDEO

© Facebook / Вячеслав Аброськин"Lotu Quli"nin adamları cinayət başında yaxalanıblar
Lotu Qulinin adamları cinayət başında yaxalanıblar - Sputnik Azərbaycan
Abunə olmaq
Ukrayna mətbuatı: Uzun müddət Azərbaycan həbsxanalarında cəza çəkmiş dəstə üzvləri planlaşdırılmış şəkildə Ukraynada kriminal biznesə nəzarəti ələ keçirmək istəyirlər

BAKI, 19 mart — Sputnik. Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Odessada azərbaycanlı "qanuni oğru" "Lotu Quli" kimi tanınan Nadir Səlifovun adamları olduğu iddia edilən qruplaşma üzvlərini zərərsizləşdiriblər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, dəstənin başında "Kondur" deyə adlandırılan azərbaycanlı kriminal avtoritet dayanır. Onun Nadir Səlifovun yaxın adamı olduğu bildirilir.

Araşdırma nəticəsində müəyyən edilib ki, dəstə üzvləri fevral ayında Odessanın Suvorovsk rayonunda, adı qeyd edilməyən bir kişidən hədə-qorxu yolu ilə 110 min qriven (4000 dollar) və "Nissan" markalı avtomobilini alıblar.

"Bundan sonra dəstə üzvləri ondan yenə pul tələb etməyə başlayıblar. O, isə polisə müraciət edib. Nəticədə dəstə üzvləri kişidən növbəti dəfə 5 min dollar və "Hyundai" avtomobilini alarkən həbs ediliblər" - deyə məlumatda qeyd olunur.

Xatırladılır ki, cari ilin fevral ayında Odessada cinayətkarlara qarşı keçirilən əməliyyat zamanı 3 nəfər kriminal qruplaşma üzvü saxlanılıb. Ukrayna KİV-nin məlumatına görə, uzun müddət Azərbaycan həbsxanalarında cəza çəkmiş dəstə üzvləri planlaşdırılmış şəkildə Ukraynada kriminal biznesə nəzarəti ələ keçirmək istəyirlər.

Son məlumatlara görə, "Lotu Quli" özü hazırda ölkə xaricindədir.

Xəbər lenti
0