Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Paytaxtda yanğın baş verib, ölən var

Abunə olmaq
Malaxova Elmira İdris qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub

BAKI, 18 mart — Sputnik. Bərdə rayonunda ümumi sahəsi 192 m² olan ikimərtəbəli binanın birinci mərtəbəsinin tavanı 2 m² sahədə və ikinci mərtəbəsinin döşəməsi 2 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Yanğın, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Xəstəxanada yanğın baş verdi, 15 əməliyyat yarımçıq qaldı

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 20 m² olan dəmir konstruksiyalardan ibarət tikilinin içərisində əşyalar yanıb. Yanğının kəşfiyyatı zamanı 1957-ci il təvəllüdlü Malaxova Elmira İdris qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qeyd edək ki, eyni zamanda Goranboy rayonunun Həmənli kəndində ümumi sahəsi 225 m² olan birmərtəbəli, kürsülü 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 135 m² sahə də yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Nəsimi rayonunda doqquzmərtəbəli yaşayış binasının şaxtasında məişət tullantıları 15 m² sahədə və mərtəbələr arasında 5 p.m. elektrik kabeli yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti
0