Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakı və Abşeronda gecə saatlarında "qaz böhranı" yaşanıb - "Azəriqaz" izahat verir

CC0 / PhotoMIX-Company / KitchenГазовая плита, фото из архива
Газовая плита, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işlər elə gecə saatlarında yekunlaşıb

BAKI, 18 mart — Sputnik. Dünən gecə saatlarında Abşeron yarımadası və Bakının bir neçə rayonunda mənzillərə təbii qazın verilməsində məhdudiyyətlər olub. "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbəlayevin Sputnik Azərbaycan-a veridiyi məlumata görə, qazın verilməsində məhdudiyyətə səbəb qaz sızmasıdır.

"Bakının Sabunçu, Nizami, Xətai rayonlarının və Abşeron rayonunun bir hissəsində təbii qazla təchizatında fasilə yaranıb. Səbəb isə gecə saat 01:00 radələrindən Qaradağ-Digah magistral qaz kəmərində qəza baş verib" - o bildirib.

"Qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işlər elə gecə saatlarında yekunlaşıb, amma təhlükəsizlik baxımından "mavi yanacağ"ın təzyiqi dərhal artırılmayıb. Bu prosesə səhər saatlarından start verilib"- deyə Kərbəlayev qeyd edib.

Xəbər lenti
0