FHN yanğınsöndürən

Bakıda yanğın nəticəsində ölənlər var

80
(Yenilənib 10:14 16.03.2019)
Yanğının kəşfiyyatı zamanı 2 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub

BAKI, 16 mart — Sputnik. Bakıda yanğın olub, ölənlər var.

FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin bir otağının döşəməsi 1 m² sahədə və içərisində məişət tullantıları 4 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 2 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Ölənlərin şəxsiyyətləri dəqiqləşdirilir.

80
Teqlər:
ölüm, FHN, Bakı, Yanğın
Əlaqədar
Xəstəxanada yanğın baş verdi, 15 əməliyyat yarımçıq qaldı
Bakıda yaşayış binasında yanğın olub
Ölkədə daha bir yanğın hadisəsi baş verib, ölənlər var
Paytaxtda beşmərtəbəli binada yanğın olub