Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Pirallahıda silahlı şəxs ələ keçib

CC0 / zgmorris13 / pistolМужчина с пистолетом в руке, фото из архива
Мужчина с пистолетом в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
O, şəxs silah-sursatı bir müddət əvvəl yaşadığı Dübəndi bağlar massivində tapdığını və həmin gündən bəri polisə könüllü təhvil verməyərək üzərində daşıdığını bildirib

BAKI, 13 mart — Sputnik. Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə uğurlu əməliyyat həyata keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Saxlanılan şəxsdən götürülmüş tir tüfəngi - Sputnik Azərbaycan
HADİSƏ
Yevlaxda gözətçini odlu silahla qətlə yetirən şəxs saxlanılıb

Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Lənkəran rayon sakini Xəyal Xəlilov Dübəndi bağlar massivində dəniz kənarında polislər tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Şöbədə onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd "Makarov" markalı tapança, sandıqça və 4 ədəd patron aşkar olunaraq maddi sübut kimi götürülüb.

Saxlanılan şəxs silah-sursatı bir müddət əvvəl yaşadığı Dübəndi bağlar massivində tapdığını və həmin gündən bəri polisə könüllü təhvil verməyərək üzərində daşıdığını bildirib.

Faktla bağlı Pirallahı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0