Narkotik vasitə

Ağcabədidə narkotik əməliyyatı keçirilib

19
(Yenilənib 12:22 13.03.2019)
Faktla bağlı cinayət işi başlanılıb

BAKI, 13 mart — Sputnik. Ağcabədi rayonunda polis əməkdaşları külli miqdarda narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıblar. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş İ.Həsənov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə polis əməkdaşları onun yaşadığı evdən əlavə olaraq çəkisi 6 kiloqram 100 qram marixuana aşkar edərək götürüb.

Faktla bağlı cinayət işi başlanılıb.

19
Teqlər:
Ağcabədi, Daxili İşlər Nazirliyi, narkotik vasitə, narkotik maddə, narkotik
Əlaqədar
Millət vəkili: "Siqaret və narkotik aludəçiləri pulsuz müalicə olunmalıdır"
Torpağa basdırılmış narkotik aşkar edilib
Bərdə sakini evini narkotik anbarı və cəbhəxanaya çevirib
Daxili orqanında narkotik vasitə keçirmək istəyən iranlı saxlanılıb