Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Təyyarə təcili Bakıya endi – Havada bomba həyəcanı

© Sputnik / Vitaliy Ankov / Mediabanka keçidUral Airlines aviaşirkətinə məxsus Airbus А319 təyyarəsi
Ural Airlines aviaşirkətinə məxsus Airbus А319 təyyarəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya səfirliyi Azərbaycan tərəfinin işindən razı qalıb

BAKI, 11 mart — Sputnik. "Ural Hava Yolları" şirkətinə məxsus təyyarə Bakıda məcburi eniş edib. Bu barədə Sputnik Azərbaycan-a "AZAL"-ın mətbuat xidmətindən məlumat verilib.

Международный аэропорт Ататюрк – крупнейший небесный причал Турции. Архивное фото - Sputnik Azərbaycan
İstanbul Atatürk Hava Limanı bağlanır

Məlumata görə, Bəhreyndən Moskvaya uçan "Ural Hava Yolları" şirkətinə məxsus Airbus A321 təyyarəsi bazar ertəsi Bakı vaxtı ilə saat 14:56-da Heydər Əliyev Beynəlxalq Aeroportunda müvəffəqiyyətlə eniş edib. Hava gəmisinin qəza enişinə səbəb – HG kapitanının hava gəmisində bomba olmasından şübhələnməsi olub. Hava limanının bütün qəza-xilasetmə xidmətləri həyəcan siqnalıyla ayağa qaldırılıb və hazır vəziyyətə gətirilib. Hava gəmisində ekipaj üzvləri də daxil olmaqla, ümumilikdə, 225 nəfər olub.

HG komandiri sərnişinlərin təcili təxliyəsi barədə qərar qəbul edib.

© flightradar24Bakıya enən təyyarənin hərəkət trayektoriyası
Təyyarə təcili Bakıya endi – Havada bomba həyəcanı - Sputnik Azərbaycan
Bakıya enən təyyarənin hərəkət trayektoriyası

Rusiya agentlikləri xəbər verirlər ki, eniş qərarı təyyarənin komandirinə bomba barədə yazılı kağız verilməsindən sonra qəbul edilib. Kağız parçası ayaqyolunda tapılıb.

Rusiyanın Azərbaycandakı səfirliyi təyyarədə axtarış aparıldığını bildirib: “Heç bir şey tapılmasa, kağızı yazan şəxsin axtarışına başlanılacaq. Azərbaycan xüsusi xidmət orqanları əla işləyirlər. Sərnişinlərdən şikayət daxil olmayıb”.

Xəbər lenti
0