Təcili tibbi yardım

Dəhşətli qəzada yaralananların sayı artdı

59
(Yenilənib 14:20 10.03.2019)
Yaralılardan 25 yaşlı Nailə Seyidovanın vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI,  10 mart — Sputnik. Şəkidə baş verən ağır qəzada yaralananların sayı artıb. Belə ki, biri qadın, 9-u kişi olmaqla 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Yaralılardan 25 yaşlı Nailə Seyidovanın vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib. Digər yaralılar cərrahiyyə şöbəsində müalicə olunur.

Hadisə bu gün səhər saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistralının Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində olub.

Qəzada "99-HD-777" dövlət qeydiyyat nişanlı "Toyota Prado" markalı avtomobillə "Mercedes Vito" markalı mikroavtobus toqquşub.

59