Şirniyyat, arxiv şəkli

Məktəbli pirojnaya görə öldürüldü

60
(Yenilənib 17:59 09.03.2019)
Hadisəni törədən məktəbli gizlənməyi bacarıb

BAKI, 10 mart — Sputnik. ABŞ-da məktəbli dava nəticəsində ölüb.  Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, məktəbli həmyaşıdı ilə mübahisə edib. Mübahisə isə pirojna üstündə olub.

Dava nəticəsində 14 yaşlı məktəbli gözündən bıçaq yarası alıb. Nəticədə yeniyetmə hadisə yerində ölüb.

Hadisəni törədən məktəbli isə gizlənməyi bacarıb. Onun axtarışları davam etdirilir.

60