Актриса Наталья Варлей во время выступления на церемонии награждения победителей фестиваля спортивного кино Красногорский в Крокус-Экспо

Məşhur aktrisaya təcavüz etmək istədilər

109
(Yenilənib 20:29 01.03.2019)
Həmin gün aktrisa çox yorulduğu üçün avtomobildə yuxulayıb və ancaq avtomobil dayandığı zaman yuxudan oyanıb.

BAKI, 9 mart — Sputnik. Məşhur rus-sovet aktrisası Nataliya Varleyi oğurlayaraq dağa apararaq təcavüz etmək istəyiblər. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə aktrisanın özü danışıb.

"Və mən hər dəfə soyuq tə içində öz qışqırığıma ayılıram. Axı bu yuxu deyil, bu həqiqətdə mənim başıma gəlib. Məni həqiqətən oğurlamışdılar. Və mən bilirəm ki, bu vəziyyətdə olmaq necə dəhşətlidir", – deyə "Qafqaz əsiri" filminin qəhrəmanı deyib.

Hadisə sovet dönəminin sonlarında Varleyin çəkiliş üçün getdiyi Kislovodskda baş verib: "Avtobus getmişdi. Mən salondan çıxıb dayanacağa gəldim. Milis əməkdaşından "Narzan" hotelə necə gedə biləcəyimi soruşdum. Orada mənim üçün otaq bron edilmişdi. O, "çox da uzaq deyil. Valera xanımı apararsanmı" deyə yaxınlıqda duran taksi sürücüsünə müraciət etdi. O da öz "Volqa"sının ön qapısını açaraq "Buyurun" dedi. Mən sevinib, "necə də yaxşı insanlardı" deyə düşündüm. Ön oturacaqda oturdum. Dizlərimin üstünmdə isə pul olan çantam. Və biz getdik".

Актриса Наталья Варлей в роли Нины в кинофильме Кавказская пленница, или новые приключения Шурика режиссера Л. Гайдая (1967).
© Sputnik / RIA Novosti
Natalya Varley "Qafqaz əsiri" filmində (1967)

Həmin gün aktrisa çox yorulduğu üçün avtomobildə yuxulayıb və ancaq avtomobil dayandığı zaman yuxudan oyanıb.

"Ətrafa baxdım. Biz dağda idik. Mən öz çantamı qoruyurdum. Düşünürdüm ki, indi pul tələb edəcək. Ancaq o mənə təcavüz etmək istəyirdi. Mən müqavimət göstərmək istəyəndə o "Onsuz da, zorlaylb, öldürəcəyəm. Və bu haqda heç kim bilməyəcək". Sonra mənim çantamı aldı. Pasportuma baxdı: "Mən axmağam, axmaq. Sən Varleysən? "Qafqaz əsirisən?" Mən səni necə tanımamışam. Bağışla, bağışla" dedi. Mən isə susub başımı tərpədirdim", - deyə aktrisa danışıb.

Taksi sürücüsü pasportu Varleyə qaytarıb və sonra da onu mehmanxanaya aparıb.

Mehmanxanaya gələn Varley əvvəlcə milisə zəng etmək istəyib. Sonra sağ qaldığına sevinərək, bu fikrindən vaz keçib.

109