FHN əməkdaşları

Xırdalanda baş vermiş faciə ölümlə nəticələnib

268
(Yenilənib 11:46 07.03.2019)
Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olub

BAKI, 7 mart — Sputnik. Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 50 m² olan 1 otaqlı mənzildə yanğın olub.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyin-ə istinadən xəbər verir ki, yataq dəsti və ev əşyaları 10 m² sahədə yanıb, yüksək temperaturdan hamam otağının plastikdən ibarət qapısı əriyib.

Yanğının kəşfiyyatı zamanı 1977-ci il təvəllüdlü Şıxməmmədov Namiq Kamal oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

268
Teqlər:
ölüm, Xırdalan, yanğın
Əlaqədar
Xaçmazda ikimərtəbəli evdə yanğın olub
Tarixi binada yanğın baş verib
Paytaxtda beşmərtəbəli binada yanğın olub
Ölkədə daha bir yanğın hadisəsi baş verib, ölənlər var