Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Maykl Ceksonun qızının karyerası atasına görə darmadağın ola bilər

© AP Photo / Evan AgostiniPeris Cekson "Oskar" mükafatının təqdimetmə mərasimində
Peris Cekson Oskar mükafatının təqdimetmə mərasimində - Sputnik Azərbaycan
Abunə olmaq
Maykl Cekson pedofil olub?

BAKI, 6 mart — Sputnik. Dünyaca məşhur pop ulduzu, bir neçə il öncə dünyasını dəyişən Maykl Ceksonun azyaşlılara qarşı cinsi təcavüzü haqda sənəd yayılıb.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, yayılan "Leaving Neverland" adlı sənəddə Ceyms Safeçukun 10,  Vade Robsonun isə 7 yaşında ikən Maykl Cekson tərəfindən cinsi təcavüzə məruz qaldığı qeyd olunub. Məlumata görə, adıçəkilən şəxslər 1980-cı illərdə təcavüzə məruz qalıblar. Sənəddə onların bir filmin çəkilişi zamanı Maykl Ceksonla tanış olduqları vurğulanıb.

Qeyd edək ki, son illərdə pop ulduzunun azyaşlılara qarşı cinsi təcavüz etməsi haqda yayılan məlumatlar məşhurun qızı Paris Ceksonun karyerasına da təsirsiz ötüşməyib. Qızı atası haqda yayılan bu məlumatların onun karyerasına da mənfi təsir etdiyini bildirib.

Xəbər lenti
0