Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Fındıq oğrusu yaxalanıb

© Sputnik / Shahperi AbbasovaMəhsuldarlığın aşağı düşməsinə baxmayaraq, fındığın qiymətində artım olmayıb
Məhsuldarlığın aşağı düşməsinə baxmayaraq, fındığın qiymətində artım olmayıb - Sputnik Azərbaycan
Abunə olmaq
Saxlanılan şəxs ümumi çəkisi 210 kq olan 7 kisə fındığı oğurladığını etiraf edib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 4 mart — Sputnik. Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Aşağı Tala kənd sakini martın 2-də onun evinin həyətyanı sahəsindən 7 kisə fındığın oğurlanması barədə məlumat verib.

Автомобили патрульно-постовой службы в Баку - Sputnik Azərbaycan
HADİSƏ
Cəlilabadda ev oğruları saxlanıldı

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Daxil olmuş müraciət əsasında RPŞ əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu edən şəxs müəyyən olunub və şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Ətrafında aparılan araşdırmalar zamanı onun Zaqatala rayon sakini, 29 yaşlı Mühiddin Tahirov olduğu müəyyən edilib. Dindirilmə zamanı M.Tahirov ümumi çəkisi 210 kq olan 7 kisə fındığı oğurladığını etiraf edib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0