Yanğınsöndürən maşın, arxiv şəkli

Sumqayıtda 10 otaqlı ev yandı

18
(Yenilənib 16:33 03.03.2019)
Evin birinci və ikinci mərtəbələrində böyük yanğın olub

BAKI, 3 mart – Sputnik. Sumqayıt şəhərində on otaqlı ev yanıb.

Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Sumqayıt şəhərində ümumi sahəsi 240 m² olan ikimərtəbəli 10 otaqlı evin birinci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 80 m² sahədə və ikinci mərtəbəsində 2 otağın döşəməsi 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

18