Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Lerikdə maskalı şəxslər yaşlı ər-arvadı döydülər

© Sputnik / Rahim MuradovLerik rayonunun Sors kəndində maskalı şəxs evə girərək ər və arvadı döyərək xəsarət yetirib
Lerik rayonunun Sors kəndində maskalı şəxs evə girərək ər və arvadı döyərək xəsarət yetirib - Sputnik Azərbaycan
Abunə olmaq
"Əli ilə ağzını tutub və ondan sakit dayanmasını tələb edib"

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI,  2 mart — Sputnik. Lerikdə maskalı şəxs evə girərək ər və arvadı döyərək xəsarət yetirib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata əsasən hadisə Lerik rayonunun Sors kəndində baş verib.

Oğurluq - Sputnik Azərbaycan
Maskalı şəxslər 3 əsr yaşı olan tabloları oğurladılar

Xəsarət alan 63 yaşlı Mərziyyə Şabıyevanın Sputnik Azərbaycan-ın müxbirinə bildirdiyinə görə, gecə saat 03:00 radələrində yataqda olduğu vaxt evlərinə kiminsə girdiyini hiss edib. Qalxmaq istəyərkən maskalı şəxs ona hücum edib, ağzını tutaraq ondan sakit dayanmasını tələb edib. Amma qadın səs-küy salmağa başlayıb bunu görən maskalı şəxs M.Şabıyevanın üzünə vuraraq ağır xəsarət yetirib. Xəsarət alan Mərziyyə Şabıyeva huşunu itirib.

© Sputnik / Rahim MuradovLerik rayonunun Sors kəndində maskalı şəxs evə girərək ər və arvadı döyərək xəsarət yetirib
Lerikdə maskalı şəxslər yaşlı ər-arvadı döydülər - Sputnik Azərbaycan
Lerik rayonunun Sors kəndində maskalı şəxs evə girərək ər və arvadı döyərək xəsarət yetirib

Ardınca isə evə soxulan şəxs və ya şəxslər digər otaqda xəstə vəziyyətdə yataqda uzanan 84 yaşlı Fayaz Əliyevin başına küt alətlə zərbə vurublar.

Qeyd edək ki, F.Əliyev əlildir və 3 gün öncə göz əməliyyatı keçirib. Ailə üzvlərinin bildirdiklərinə görə, xəsarət alan yaşlı ər və arvadın heç kimlə konflikti yoxdur. F.Əliyev və M.Şabıyevanın övladları ayrı yaşadıqlarından evlərində ər və arvaddan başqa heç kim olmayıb.

Xəsarət alanlar yaxınları tərəfindən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. F.Əliyev daha ciddi müayinə olunmaq üçün Lənkəran Diaqnostika Mərkəzinə göndərilib.

© Sputnik / Rahim MuradovLerik rayonunun Sors kəndində maskalı şəxs evə girərək ər və arvadı döyərək xəsarət yetirib
Lerik rayonunun Sors kəndində maskalı şəxs evə girərək ər və arvadı döyərək xəsarət yetirib - Sputnik Azərbaycan
1/3
Lerik rayonunun Sors kəndində maskalı şəxs evə girərək ər və arvadı döyərək xəsarət yetirib
© Sputnik / Rahim MuradovLerik rayonunun Sors kəndində maskalı şəxs evə girərək ər və arvadı döyərək xəsarət yetirib
Lerik rayonunun Sors kəndində maskalı şəxs evə girərək ər və arvadı döyərək xəsarət yetirib - Sputnik Azərbaycan
2/3

3/3

Hücum faktı ilə bağlı Lerik Rayon Polis Şöbəsinə müraciət edilib və araşdırma aparılır.

Xəbər lenti
0