Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Avtomobil qatarla toqquşdu

CC0 / Free-Photos / brokenQəzaya düşmüş avtomobil, arxiv şəkli
Qəzaya düşmüş avtomobil, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Avtomobilin sərnişininə və sürücüyə tibbi yardım göstərilib

BAKI, 26 fevral — Sputnik. Başqırdıstanda dəmiryol keçidində avtomobil sərnişin qatarına çırpılıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, hadisə bu gün Tuymazinsk rayonunun Duslık kəndində baş verib. İlkin məlumata görə, avtomobil qəzasına "VAZ 2114" avtomobilinin sürücüsü səbəb olub. O işıqforun qırmızı işığında keçməyə çalışıb. Nəticədə minik avtomobili sərnişin qatarı ilə toqquşub.

Avtomobilin sərnişininə və sürücüyə tibbi yardım göstərilib. Hazırda hadisə yerində polis və Fövqəladə Hallar nazirliyinin əməkdaşları çalışır.

Xəbər lenti
0