Xəstəxana

Şabranda səkkiz yaşlı qız dünyasını dəyişdi

100
(Yenilənib 17:12 26.02.2019)
"Xəstəxanaya komatoz vəziyyətdə çatdırılan 8 yaşlı qıza göstərilən reanimasiyon tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb" - Səhiyyə Nazirliyi

BAKI, 26 fevral — Sputnik. Şabranda 8 yaşlı qız uşağı dünyasını dəyişib. Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən informasiyada da bu məlumat təsdiqini tapıb: “Uşağın halı pisləşdiyi üçün valideyinləri onu tanışları olan tibb işçisinin yanına aparıblar. Həmin tibb işçisi də ona iynə vurmaq qərarına gəlib. İynə vurulduqdan sonra uşağın vəziyyəti kritikləşib və o, komatoz vəziyyətə düşüb. Bundan sonra valideyinləri uşağı Şabran Rayon xəstəxanasına çatdırmaq qərarına gəliblər”.

Nazirliyin məlumatına görə, reanimasiya şöbəsinə yerləşdirilən uşağın vəziyyəti kritik olduğundan, onun Bakıdakı 2 saylı Əbülfəz Qarayev adına Uşaq Klinik xəstəxanasına köçürülməsi qərarı alınıb: “Xəstəxanaya komatoz vəziyyətdə çatdırılan 8 yaşlı qıza göstərilən reanimasiyon tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Baş vermiş faktla əlaqədar istintaq araşdırmalarına başlanılıb. Ölümün dəqiq səbəbi İstintaq başa çatdıqdan sonra məlum olacaq”.

 

100
Teqlər:
Şabran Rayon Mərkəzi Xəstəxanası, xəstəxana, Bakı, Şabran rayonu
Əlaqədar
Anasının ölümündən sonra depresiyaya düşən gənc öldü
Azərbaycanda vəzifəli şəxs vəfat edib
Kürdəmirdə 19 yaşlı ana doğuş zamanı öldü
Azərbaycanlı aparıcı qəfil vəfat edib