Yanğın

"Sədərək" ticarət mərkəzində yanğın baş verib

55
(Yenilənib 10:40 26.02.2019)
İlkin məlumata görə, ərazidəki anbarlardan birinin dam örtüyü yanır

BAKI, 26 fevral — Sputnik. Səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonunda yerləşən "Sədərək" ticarət mərkəzində yanğın baş verib. Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadla xəbər verir ki, bu barədə "112" qaynar telefon xəttin məlumat daxil olub.

Yanğın nəticəsində yaranan tıxac
© Пресс-служба БТА

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. İlkin məlumata görə, yanğın ərazidəki anbarlardan birinin dam örtüyündə baş verib.

Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. 

Baş vermiş hadisə ilə əlaqədar olaraq Səhiyyə Nazirliyindən də məlumat verilib.

Məlumatda bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin bir əməkdaşının çiyni sınıb: "Həmin şəxs dərhal travmatologiya və ortopediya institutuna yerləşdirilib. Bir polis əməkdaşı tüstüdən zəhərlənib, ona yerində yardım edilib”.

55
Teqlər:
"Sədərək" ticarət mərkəzi, Sədərək Ticarət Mərkəzi, yanğın
Əlaqədar
Müsəlman ölkəsində dəhşətli yanğın – 69 ölü
Qaxda yanğın baş verdi, fermerə ziyan dəydi - FOTO
Bakıdakı yanğın söndürüldü