Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda çoxmərtəbəli yaşayış binası yanır - VİDEO

© Sputnik / Murad OrujovBakının Mətbuat prospektində Peugeot Tepee Export markalı avtomobil yanıb
Bakının Mətbuat prospektində Peugeot Tepee Export markalı avtomobil yanıb - Sputnik Azərbaycan
Abunə olmaq
Yanğın binanın 23-cü mərtəbəsinə çatıb

BAKI, 25 fevral — Sputnik. Bakıda çoxmərtəbəli yaşayış binası yanır. Bu barədə Sputnik Azərbaycan-a Yasamal rayon Polis İdarəsindən məlumat verilib.

Yanğın Lider telekanalının binasının yaxınlığında, Şəfayət Mehdiyev küçəsindəki 97 nömrəli yeni tikilmiş binada qeydə alınıb.

Yanğın yerli vaxtla təxminən saat 11:45-də başlayıb. Şahidlərin sözlərinə görə, hadisə yerinə altı yanğınsöndürmə briqadası cəlb olunub.

Yasamal RPİ-dən bildiriblər ki, hələlik zərərçəkmişlər barədə məlumat yoxdur. Yanğının mənzillərdən birində başladığı bildirilir. Hazırda yanğının 23-cü mərtəbəyə çatdığı, binadan sakinlərin təxliyə edildiyi bildirilir. Təxliyə edilənlər arasında uşaqlar da var.

© Sputnik / Metin MedjidliBakıda çoxmərtəbəli yaşayış binası yanır
Bakıda çoxmərtəbəli yaşayış binası yanır - VİDEO - Sputnik Azərbaycan
Bakıda çoxmərtəbəli yaşayış binası yanır

Artıq iki uşaq yanğınsöndürənlərin köməyi ilə yanan binadan çıxarılıb.

Xəbər lenti
0