Hadisə yerində polis avtomobili

Bakıda paltarlı qadın skeleti ilginc fakt ortaya çıxıb

2035
(Yenilənib 14:00 25.02.2019)
Məhkəmə-tibbi ekspertizanın rəyinə görə, qadın il yarım bundan əvvəl, 66 yaşı olarkən ölüb

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 25 fevral — Sputnik. Heç kim Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) işçisinin itkin düşdüyünün fərqinə varmayıb. Onun ölümünün üstündən il yarım keçəndən sonra Bakıda skeleti tapılıb.

Bu barədə Sputnik Azərbaycan-a Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib. Məlum olub ki, fevralın 24-ü saat 11:15-də Binəqədi rayonu ərazisində, Naxçıvanski küçəsindəki çoxmənzilli evlərin birində, orada yaşayan Ümmüyət Şıxbaba qızı Abdulrəhimovanın skeleti tapılıb.

Qadın yataqda ölüb. Kriminalistlər onun paltarlı skeletini bu yataqda tapıblar.

Məhkəmə-tibbi ekspertizanın rəyinə görə, qadın il yarım bundan əvvəl, 66 yaşı olarkən ölüb. Abdulrəhimova tənha qadın olub və onu heç kəs axtarmayıb. Heç qonşular da qadının yoxa çıxdığının fərqinə varmayıblar.

Abdulrəhimova süpürgəçi işləyib və qonşulardan heç kimlə ünsiyyəti olmayıb. Qəribədir ki, qadını heç işlədiyi MKİS-dən də axtarmayıblar.

Hazırda faktla bağlı araşdırma aparılır.

2035
Teqlər:
skelet, fakt, ölüm, qadın
Əlaqədar
Deputat: “Qanun meyit donordan orqan köçürülməsi üçün kifayət deyil”
Bakıda mənzildən nənə və nəvənin meyiti tapılıb
İki həftə öncə suya düşən ekskavator sürücüsünün meyiti tapıldı
İtkin düşən şəxsin meyiti tapıldı