Post-patrul-xidmətinin avtomobilləri

Bərdə sakini evini narkotik anbarı cəbhəxanaya çevirib

157
(Yenilənib 20:24 22.02.2019)
Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir

Musa Muradlı , Sputnik Azərbaycan

BAKI, 22 fevral — Sputnik. Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik və silah-sursat aşkar edilərək götürülüb.

Bərdə sakinindən xeyli miqdarda narkotik maddə və silah götürülüb. DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən xəbərə  görə, fevralın 22-də daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbirlər zamanı Bərdə rayon sakini Salman Salmanzadə heroin satarkən saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Bərdə sakinindən götürülmüş maddi sübutlar
© AR DİN mətbuat xidməti
Bərdə sakinindən götürülmüş maddi sübutlar

Onun yaşadığı ünvana baxış keçirilərkən oradan 4 ədəd sellofan bükümdə ümumi çəkisi 170.49 qram olan herion, 1 ədəd sellofan bükümdə 11.01 qram tiryək, 77.33 qram metamfetamin, 18 ədəd metadon və 10 ədəd tramadol həbləri, 3 ədəd kibrit qutusunda çəkisi 19.79 qram olan marixuana, 63 ədəd çətənə kolunun toxumları, 1 ədəd ampulada çəkisi 2.24 qram olan kalsium permanqanat maddəsi aşkar edilərək götürülüb.

Həmçinin S.Salmanzadəyə məxsus evdən qanunsuz olaraq saxladığı 1 ədəd "İJ-16" markalı qoşalüləli ov tüfəngi, 1 ədəd qundağı və lüləsi kəsilmiş 16 kalibrli tüfəng, 15 ədəd ov tüfənginə məxsus, 2 ədəd isə 7.62 kalibrli avtomat patronları, eləcə də 7 ədəd müxtəlif növ mobil telefonlar, 201 manat dəyərində saxta pul əsginasları, həmçinin 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

157