Tüstü bacası, arxiv şəkli

Paytaxtda faciə: Soba partladı, 2 yaşlı uşaq öldü

100
(Yenilənib 10:26 21.02.2019)
Hadisə paytaxtın Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunun yaxınlığında baş verib

BAKI, 21 fevral — Sputnik. Bakıda evdə odun sobası partlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunun yaxınlığında baş verib.

Həmin ərazidə yaşayan, 1994-cü il təvəllüdlü Əliyeva Nargilə Cəmşid qızı yaşadığı evdə odun sobasını yandırarkən sobaya çoxlu miqdarda həlledici kimyəvi məhlul töküb.

Nəticədə odun sobası partlayıb.

N.Əliyeva, həyat yoldaşı, 1990-cı il təvəllüdlü Əliyev Sadiq Həsən oğlu, övladları, 2012-ci il təvəllüdlü Əliyeva Xədicə Sadiq qızı və 2017-ci il təvəllüdlü Əliyev Məhəmməd Sadiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

M.Əliyev xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

100