Post Patrul xidmətinin əməkdaşları

Taksi sürücüsünü məftillə boğub öldürməyə çalışdılar

93
(Yenilənib 21:03 19.02.2019)
Taksi sürücüsünü soyan sərnişinləri polis saxlayıb.

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 19 fevral — Sputnik. Bakı sakini az qala soyğunçuların hücumu nəticəsində həyatını itirəcəkdi. Çünki cinayətkarlar onu məftillə boğub öldürməyə cəhd ediblər. Bu barədə Sputnik Azərbaycan-a Sabunçu rayon Polis İdarəsindən məlumat verilib.

Cinayət fevralın 18-də Qara Qarayev prospektində baş verib. İki naməlum şəxs sərnişin qismində 48 yaşlı Abbasov Gündüz Əlövsət oğlunun idarə etdiyi Nissan markalı avtomobilə əyləşərək Bünyadov küçəsinə gedəcəklərini bildiriblər. Gedəcəkləri ünvana çatmamış sərnişinlərdən biri arxadan sürücünün boynuna məftili salaraq onu boğmağa başlayıb. Cinayətkarlar bu yolla Abbasovdan pul tələb ediblər. Kişinin üstündə isə cəmi 22 manat pul olub.

Quldurlar taksi sürücüsünün pullarını, mobil telefonunu və sənədlərini götürərək maşını metronun "Həzi Aslanov" stansiyasına sürməyi tələb ediblər. Burada cinayətkarlar maşından düşərək sürətlə ərazidən uzaqlaşıblar. Abbasov dərhal Sabunçu rayon Polis İdarəsinin 12-ci bölməsinə şikayət edib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində polislər faktla bağlı şübhəli şəxslərdən birini - 33 yaşlı Abbasov Sahil Vahid oğlunu saxlayıblar. Abbasovun Mahir adlı cinayət ortağı da müəyyən edilib. Hazırda sonuncunun saxlanılması istiqamətində tədbirlər görülür.

Soyğunçuluq faktı ilə bağlı cinayət işi açılıb.

93
Bakıda polis əməkdaşları, arxiv şəkli

"Günəş" parlaya bilmədi, polislər qoymadılar

386
(Yenilənib 10:34 04.07.2020)
İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kefenin icarədarı 2000 manat, digərləri 200 manat cərimə olunublar.

BAKI, 4 iyul — Sputnik. Paytaxtın Xətai rayonunda rayonunda sərtləşdirilmiş xüsusi karantin rejim qaydalarına əməl etməyən, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe aşkarlanıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Xətai RPİ və 37-ci PŞ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Nobel prospektində "Günəş" kafesinin icarədarı və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 5 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kefenin icarədarı 2000 manat, digərləri 200 manat cərimə olunublar.

386
Polis Patrul Xidməti və Təcili Tbbi Yardım maşınları

Bərdədə 7 yaşlı uşaq bacısını öldürüb

323
(Yenilənib 23:15 03.07.2020)
7 yaşlı Tağızadə Uğur Asif oğlu atasına məxsus "VAZ 2107" markalı minik avtomobilini işə salaraq hərəkət etdirib. Nəticədə 8 yaşlı bacısını əzərək öldürüb.

BAKI, 3 iyul – Sputnik. Bərdədə 7 yaşlı uşaq bacısını öldürüb.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə Bərdə rayonunun Qarabağ qəsəbəsində qeydə alınıb.

7 yaşlı Tağızadə Uğur Asif oğlu atasına məxsus "VAZ 2107" markalı minik avtomobilini işə salaraq hərəkət etdirib. Nəticədə 8 yaşlı bacısını əzərək öldürüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

323
Heroin, arxiv şəkli

Bakı sakini karantin zamanı da öz əməlindən qalmırmış

0
Saxlanılan zaman onun qaçaqmalçılıq yolu ilə ölkəyə külli miqdarda narkotik maddə gətirdiyi məlum olub.

BAKI, 4 iyul — Sputnik. Bakıda karantin rejimini pozan şəxsdə narkotik maddə aşkarlanıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Qasımov Rəşad Ramiz oğlu hüquq-mühafizə orqanları tərəfindən karantin qaydalarını pozduğu üçün saxlanılıb.

Saxlanılan zaman onun qaçaqmalçılıq yolu ilə ölkəyə külli miqdarda narkotik maddə gətirdiyi məlum olub.

O, saxlanılan zaman hüquq-mühafizə orqanının əməkdaşlarına zor tətbiq edib.

R.Qasımov barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda), 206.4-cü (qaçaqmalçılıq) , 234.4.3-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi, külli miqdarda törədildikdə), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 318.2ci (dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verilib.

Nəsimi rayon Məhkəməsində istintaq orqanının təqdimatı əsasında R.Qasımov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

0