Mətbəx bıçağı, arxiv şəkli

Bakıda inanılmaz cinayət: Səkkiz yaşlı qız böyük qardaşını bıçaqladı

105
(Yenilənib 19:43 19.02.2019)
Xətaidə 8 yaşlı qız 18 yaşlı qardaşını bıçaqla yaralayıb

BAKI, 19 fevral — Sputnik. Bakıda 8 yaşlı qız 18 yaşlı qardaşını bıçaqla yaralayıb. Bu xoşagəlməz insident fevralın 17-də gecə saatlarında Xətai rayonunda baş verib.

Xətai rayon Polis İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, İnqilab İsmayılov küçəsində yerləşən evdə gecə saat 01:30 radələrində 8 yaşlı qız 18 yaşlı böyük qardaşının qarın nahiyəsinə bıçaq zərbələri endirib. Gənc ağır vəziyyətdə "Azərsutikinti" şəhər xəstəxanasına çatdırılıb.

Valideynləri bildiriblər ki, qız qardaşını istəmədən, ehtiyatsızlıq ucbatından bıçaqlayıb. Hazırda Xətai RPŞ-nın 35 nömrəli polis bölməsinin əməkdaşları cinayətin baş vermə şəraitini araşdırır.

Azərbaycanın cinayət qanunvericiliyinə əsasən, sağlamlığa qəsdən zərər vurmaya görə cinayət məsuliyyəti 14 yaşdan başlayır.

105