Daxili İşlər Nazirliyi

DİN naməlum şəxsin şəklini yayıb

175
(Yenilənib 12:38 18.02.2019)
Onu tanıyanlardan polisə məlumat vermələri xahiş olunur

BAKI, 18 fevral — Sputnik. Bu il fevral ayının 16-da Səbail rayonu N.Rəfibəyli küçəsində yerləşən "Maarifçi Qriqoriy" kilsəsinin qarşısından, təxminən 35-40 yaşlarında olan naməlum kişi kəskin alkoqol zəhərlənməsi diaqnozu ilə xəstəxanaya gətirilib.

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, həkimlərin səylərinə baxmayaraq adam orada vəfat edib.

Naməlum kişi meyiti
© AR DİN mətbuat xidməti
Naməlum kişi meyiti

Məlumata görə, kimliyi istintaqa məlum olmayan, şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Səbail Rayon Polis İdarəsinə və 9-cu Polis Bölməsinə (012) 437-02-02 , (012) 492-02-02 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

175
Teqlər:
xəstəxana, meyit, adam
Əlaqədar
Antalyada azərbaycanlı kişinin meyiti tapılıb
Bakıda zirzəmidən kişi meyiti tapılıb
Rusiyalı diplomatın meyiti tapılıb
Deputat: “Qanun meyit donordan orqan köçürülməsi üçün kifayət deyil”