Canavar, arxiv foto

Azərbaycanda yırtıcılardan hiyləgər plan: Kənd sakinləri təşvişə düşüblər

8198
(Yenilənib 11:40 18.02.2019)
Sürüyə hücum edən canavarlar çobanın xəbəri olmadan qoyunları ayırıb aparıblar

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 18 fevral — Sputnik. Goranboyda qəribə hadisə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, rayonun Eyvazlılar kəndində sürüyə hücum edən canavarlar çobana hiss etdirmədən bir neçə heyvanı sürüdən ayıraraq özləri ilə aparıb. 

Belə ki, kənd sakini Kamil Əhmədov özünə və bir neçə sakinə məxsus qoyunları otaran zaman 3 canavar xırdabuynuzlulara hücum edib. K.Əhmədov Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində canavarları görən zaman səs-küy edib, vəhşi heyvanları uzaqlaşdırmağa çalışdığını deyib.

Qoyunları acgöz canlılardan xilas etdiyini düşünən kənd sakini, heyvanları örüşdən qaytaran zaman 5 baş qoyunun sürüdə olmadığını görüb. Bundan sonra ətraf ərazilərdə axtarışa çıxan sakinlər gecəyədək axtarsalar da, qoyunların nə ölüsündən nə dirisindən bir əlamət tapa bilməyiblər.

Yırtıcılar tərəfindən aparılan heyvanlardan 3-ü Kamil Əhmədovun özünə, 2-i isə Oqtay Xəlilova məxsusdur.

Sakinlər son vaxtlar ərazidə canavarlara tez-tez rastlaşdıqlarını deyirlər və onların daha böyük fəsadlara səbəb olacağından narahatdırlar.

Qeyd edək ki, bir neçə gün öncə qonşu Boluslu kəndində də fermalardan birinə hücum edən canavarlar 7 baş qoyunu da parçalayıb.

8198
Teqlər:
Goranboy, hücum, canavar
Əlaqədar
Balakəndə çox qəribə oğurluq hadisəsi baş verib
Gənc qız kişilərin diqqətini cəlb etmək üçün qəribə üsula əl atdı
Balakəndəki qəribə oğrunu şeytan yoldan çıxarıbmış
Qandal, arxiv şəkli

Arvadını öldürməyə cəhd edən şəxs saxlanıb

9
(Yenilənib 14:07 26.09.2020)
Hazırda cinayəti törətməkdə şübhəli bilinən Rasim Məsimovun tutularaq istintaqa cəlb edilməsi, habelə hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BAKI, 26 sentyabr — Sputnik. Sentyabrın 25-də Gədəbəy rayonu ərazisində Qurudərə kənd sakini Zülfiyyə Məsimovaya çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Gədəbəy rayon Prokurorluğunun mlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla zərərçəkmişin keçmiş əri Rasim Məsimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirməklə Zülfiyyə Məsimovanı qəsdən öldürməyə cəhd edərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən Rasim Məsimovun tutularaq istintaqa cəlb edilməsi, habelə hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

9
Ukraynada An-26 təyyarəsinin qəzaya uğraması

Zelenski An-26 təyyarələrinin uçuşlarına qadağa qoydu

162
(Yenilənib 14:04 26.09.2020)
Qərar Xarkov yaxınlığında An-26 təyyarəsinin qəzaya uğramasının səbəbinin aydınlaşdırılmasına qədər qüvvədə olacaq.

BAKI, 26 sentyabr — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski An-26 təyyarəsinə analoji olan bütün təyyarələrin uçuşlarının dayandırılmasını tapşırıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, bu qərar Xarkov yaxınlığında An-26 təyyarəsinin qəzaya uğramasının səbəbinin aydınlaşdırılmasına qədər qüvvədə olacaq.

An-26 təyyarəsi sentyabrın 25-də Xarkov vilayətində hərbi hava limanından iki kilometr aralıda təlim uçuşları zamanı qəzaya uğrayıb. Qəzanın mümkün səbəbi mühərrikin nasazlığıdır.

Təyyarədə qəza zamanı hərbi təyyarəçilər və kursantlar olub. Göyərtədə olan 27 nəfərdən 20-si kursant və 7-si ekipaj üzvü olub. Son məlumatlara görə, onlardan 26-sı həlak olub.

162
 Mario Balotelli, arxiv şəkli

Məşhur futbolçu evlənməyə hazırlaşır

0
(Yenilənib 14:43 26.09.2020)
Məşhur futbolçu 1 aydır ki, münasibətdə olduğu model və "Instagram" fenomeni Alessia Messina ilə ailə qurmağa hazırlaşır.

BAKI, 26 sentyabr — Sputnik. İtaliyalı tanınmış qaradərili futbolçu ailə qurmağa hazırlaşır.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, İtaliyanın ən çox gündəmdə olan futbolçusu Mario Balotelli evlilik hazırlıqlarına başlayıb. Məşhur hücumçu 1 aydır ki, münasibətdə olduğu model və "İnstagram" fenomeni Alessia Messina ilə ailə qurmağa hazırlaşır.

Qeyd edək ki, məşhur cütlük artıq nişanlanıb.

 

0