Yevlax-Bərdə yolunda zəncirvari avtomobil qəzası

Bakı-Yevlax yolunda zəncirvari qəza

49
(Yenilənib 11:57 17.02.2019)
Qəza zamanı 1991-ci il təvəllüdlü Şəki rayon sakini Mirhəmidov Rövşən Hacı oğlu xəsarət alıb

BAKI, 17 fevral – Sputnik. Bakı-Şamaxı-Yevlax yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Sputnik Azərbaycan-ın "Report"a istinadla məlumatına görə, zəncirvari qəza yolun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Yolun qarlı və dumanlı olması səbəbindən Şamaxı istiqamətində hərəkətdə olan "Ford" markalı maşın beton arakəsməyə dəyərək əzilib. Avtomobili ərazidən təxliyyə etməyə gələn evakuator hadisə yerində dayanan zaman, "Opel" və "Lada" markalı iki minik avtomobili arxadan ona çırpılıb. Nəticədə maşınların 4-dü də əzilib.

Qəza zamanı 1991-ci il təvəllüdlü Şəki rayon sakini Mirhəmidov Rövşən Hacı oğlu xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

49