Bakı metropoliteni, arxiv şəkli

Bakı metrosunda adam bıçaqladılar - VİDEO

340
(Yenilənib 20:51 16.02.2019)
Hadisəni törədən şəxsin kimliyi hələlik məlum deyil.

BAKI, 16 fevral – Sputnik. Bakı metrosunda bıçaqlanma hadisəsi qeydə alınıb. Hadisə bu gün saat 16:00 radələrində baş verib.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Şəmistan Quliyev adlı şəxs “Gənclik” metro stansiyasında döş qəfəsindən bıçaqlanıb.

“İlkin yardım göstərildikdən sonra Ş.Quliyev təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb”.

Bəxtiyar Məmmədov qeyd edib ki, hadisəni törədən şəxsin kimliyi hələlik məlum deyil.

340