Uşaqlı gənc ailə, arxiv şəkli

Hacıqabulda inanılmaz ailə dramı Ər arvad övlada görə intihar etdi

283
(Yenilənib 11:48 16.02.2019)
Ər-arvad yaxınlarının təzyiqi ilə ayrılmaq qərarına gəlib. Daha sonra isə bu faciə baş verib

BAKI, 16 fevral — Sputnik. Hacıqabul rayonunda ərlə arvad özünü öldürüb.

Sputnik Azərbaycan-ın “Qafqazinfo”ya istinadla verdiyi xəbərə görə, hadisə fevralın 15-də rayonun Kolanı kəndində baş verib.

Kənd sakini, 1982-ci il təvəllüdlü Sahib Zaməddin oğlu Rəsulov yaşadığı evin həyətində özünü ağacdan asaraq öldürüb. Hadisədən bir neçə saat sonra onun həyat yoldaşı, 1984-ci il təvəllüdlü Əfsanə Ənzəli qızı Mayılova da atasının evindən ərinin intihar etdiyi evə gəlib və orada özünü asaraq intihar edib.

Faktla bağlı Hacıqabul rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, sosial şəbəkələrdə xeyli vaxtdır ailə quran cütlüyün uşaq sahibi ola bilmədikləri vurğulanıb. Bu səbəbdən ər-arvad yaxınlarının təzyiqi ilə ayrılmaq qərarına gəlib. Daha sonra isə bu faciə baş verib.

Məlumata görə, cütlük 15 il birgə yaşasa da, rəsmi nikahları olmayıb. Onlar bu illər ərzində uşaqları olmadığı üçün fevralın 14-də, sevgililər günündə ayrılmaq qərarı veriblər. Hər iki şəxs öz valideynlərinin yanına qayıdıb və orada yaşamağa davam ediblər.

Lakin bir gün sonra S.Rəsulov günorta saat 13:30 radələrində atası Zaməddinin evinin həyətində özünü ağacdan asaraq intihar edib. Bu hadisəni eşidən Ə.Mayılova əri ilə birgə yaşadığı evə baxmaq istədiyini deyib və ora gedərək saat 17:30 radələrində həyətdə olan tikilinin tavanından özünü asıb.

Hər iki hadisə yerinə polis və prokurorluq orqanları tərəfindən baxış keçirilib. Meyitlərin xarici ekspertizası zamanı bədənləri üzərində hər hansı işgəncə, döyülmə xarakterli xəsarət izləri aşkar edilməyib.

Hər iki faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir.

283
Şüşə qırıntısı, arxiv şəkli

Bakıda avtomobil yol kənarındakı iki balaca qızı vurub

148
(Yenilənib 21:32 12.07.2020)
Həkimlərin verdiyi məlumata görə, yaralılar ağır qapalı kəllə-beyin travması ilə reanimasiyaya yerləşdiriliblər

 

BAKI, 12 iyul — Sputnik. Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hadisə Məmmədəliyev küçəsində qeydə alınıb.

“Toyota” markalı avtomobil yüksək sürətlə yol kənarında dayanan 9 yaşlı Yusifova Aysun Əmirhüseyn qızı və 8 yaşlı Yusifova Ruqiyyə Bayandur qızını vurub.  Hər iki yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, yaralılar ağır qapalı kəllə-beyin travması ilə reanimasiyaya yerləşdiriliblər.

148
Əlaqədar
Bakıda anasının doğum gününə gedən qızı avtomobil vurdu
Abşeronda 4 yaşlı uşaq atasının avtomobilinin altında qaldı
Lerikdə dəhşətli qəza: Avtomobil 300 metrdən dərəyə aşıb, 3 nəfər ölüb
İnsanın kölgəsi, arxiv şəkli

Evi icazəsiz tərk edən COVID xəstəsinə cinayət işi açıldı

15
(Yenilənib 15:03 12.07.2020)
Aktiv koronavirus xəstəsi, Sumqayıt şəhər 9-cu mikrorayonda yaşayan Bağırov Rövşən Xürrəm oğlunu polis nəzarətə götürüb

BAKI, 12 iyul — Sputnik. Sumqayıtda yaşadığı evi qanunsuz tərk edən daha bir aktiv koronavirus xəstəsi saxlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhərin inzibati ərazisində yaşadığı evi  qanunsuz olaraq tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar.

Məlum olub ki, aktiv koronavirus xəstəsi Sumqayıt şəhər 9-cu mikrorayonda yaşayan 1978-ci il təvəllüdlü Bağırov Rövşən Xürrəm oğludur. Dərhal əraziyə təcili tibbi yardım avtomobili çağrılıb.

Bağırov Rövşən Xürrəm oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə Cinayət işi açılıb. İstintaq tədbirləri davam etdirilir. Həmin şəxs polisin nəzarətinə götürülüb.

15
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Bölgələrimizdə koronavirusla bağlı vəziyyəti - Hansı zona daha təhlükəlidir?
Koronavirusa yoluxub sağalmış şəxslərlə bağlı vacib məqam
Nazirlik COVİD-19-a yoluxmuş xəstələrin simptomlara əsasən təsnifatını açıqlayıb
Ölkəmizdə kimlər daha çox risk altındadır? - Koronavirusa yoluxanların yaş qrupları
Reanimasiyaya yerləşdirilən xəstələrimizin sayı artıb
Minaatandan atəş, arxiv şəkli

Tovuzda vəziyyət yenidən gərginləşdi

27
(Yenilənib 00:19 13.07.2020)
Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini yenidən artilleriya atəşinə tutub. Azərbaycan Ordusu adekvat cavab tədbirləri həyata keçirir

BAKI, 12 iyul — Sputnik. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumatda deyilir.

Qeyd olunur ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini yenidən artilleriya atəşinə tutub. Azərbaycan Ordusu adekvat cavab tədbirləri həyata keçirir.

Xatırladaq ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olublar.

Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

27
Əlaqədar
Tovuz istiqamətində döyüş gedir: hər iki tərəfdən itki var
İtki verən Ermənistan ordusu geri oturdulub
Ermənistan mətbuatının iddialarına Azərbaycan Müdafiə Nazirliyindən cavab
"Ermənistan üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır"
Müdafiə Nazirliyi Tovuzda şəhid olan hərbçilərimizin adlarını açıqladı