İntihar kəndiri, arxiv şəkli

Hacıqabulda sonsuzluq səbəbindən dəhşətli faciə yaşanıb

72
Azərbaycanda övladı olmayan ər və arvad özlərini asdılar

BAKI, 16 fevral - Sputnik. Hacıqabulda ər və arvad intihar ediblər.

Oxu.Az xəbər verir ki, hadisə rayonun Kolanı kəndində baş verib.

Xeyli vaxtdır ailə qurmalarına baxmayaraq, övladları olmayan 1982-ci il təvəllüdlü Sahib Zaməddin oğlu Rəsulov və 1985-ci il təvəllüdlü Əfsanə Ənzəli qızı Mayılova yaxınlarının təzyiqi ilə ayrılmaq qərarına gəliblər. Kişi bu ayrılığa dözməyərək özünü həyətdəki ağacdan asaraq intihar edib.

Bu xəbəri atası evində eşidən qadın da eyni üsulla intihar edib.

72
Şüşə qırıntısı, arxiv şəkli

Bakıda avtomobil yol kənarındakı iki balaca qızı vurub

5
(Yenilənib 21:32 12.07.2020)
Həkimlərin verdiyi məlumata görə, yaralılar ağır qapalı kəllə-beyin travması ilə reanimasiyaya yerləşdiriliblər

 

BAKI, 12 iyul — Sputnik. Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hadisə Məmmədəliyev küçəsində qeydə alınıb.

“Toyota” markalı avtomobil yüksək sürətlə yol kənarında dayanan 9 yaşlı Yusifova Aysun Əmirhüseyn qızı və 8 yaşlı Yusifova Ruqiyyə Bayandur qızını vurub.  Hər iki yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, yaralılar ağır qapalı kəllə-beyin travması ilə reanimasiyaya yerləşdiriliblər.

5
Əlaqədar
Bakıda anasının doğum gününə gedən qızı avtomobil vurdu
Abşeronda 4 yaşlı uşaq atasının avtomobilinin altında qaldı
Lerikdə dəhşətli qəza: Avtomobil 300 metrdən dərəyə aşıb, 3 nəfər ölüb
İnsanın kölgəsi, arxiv şəkli

Evi icazəsiz tərk edən COVID xəstəsinə cinayət işi açıldı

15
(Yenilənib 15:03 12.07.2020)
Aktiv koronavirus xəstəsi, Sumqayıt şəhər 9-cu mikrorayonda yaşayan Bağırov Rövşən Xürrəm oğlunu polis nəzarətə götürüb

BAKI, 12 iyul — Sputnik. Sumqayıtda yaşadığı evi qanunsuz tərk edən daha bir aktiv koronavirus xəstəsi saxlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhərin inzibati ərazisində yaşadığı evi  qanunsuz olaraq tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar.

Məlum olub ki, aktiv koronavirus xəstəsi Sumqayıt şəhər 9-cu mikrorayonda yaşayan 1978-ci il təvəllüdlü Bağırov Rövşən Xürrəm oğludur. Dərhal əraziyə təcili tibbi yardım avtomobili çağrılıb.

Bağırov Rövşən Xürrəm oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə Cinayət işi açılıb. İstintaq tədbirləri davam etdirilir. Həmin şəxs polisin nəzarətinə götürülüb.

15
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Bölgələrimizdə koronavirusla bağlı vəziyyəti - Hansı zona daha təhlükəlidir?
Koronavirusa yoluxub sağalmış şəxslərlə bağlı vacib məqam
Nazirlik COVİD-19-a yoluxmuş xəstələrin simptomlara əsasən təsnifatını açıqlayıb
Ölkəmizdə kimlər daha çox risk altındadır? - Koronavirusa yoluxanların yaş qrupları
Reanimasiyaya yerləşdirilən xəstələrimizin sayı artıb
Gəncədə Hacı Zeynalabdin Tağıyevin adına bulaq kompleksi

Su qədər ömrün olsun: Tağıyevin əməllərini indi elə savabla yaşadırlar - FOTO

0
(Yenilənib 21:33 12.07.2020)
O, bir neçə il müddətində əmək sərf etdiyi abidəyə çəkdiyi xərci dilə gətirməyi sevmir, bunun üçün isə öz səbəbləri var

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 12 iyul — Sputnik. Gəncə sakini Elbrus Hüseynov yaşadığı küçədə böyük Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xatirəsini əbədiləşdirib. Sputnik Azərbaycan bildirir ki, E.Hüseynov xeyriyyəçinin adını daşıyan küçədə bulaq kompleksi tikib, üzərinə onun lövhəsini vurub, ətrafında yaşıllıq yaradıb. 42 yaşlı şəhər sakini əsas məqsədinin H.Z.Tağıyevin daha yaxından tanıdılmasına cüzi də olsa xidmət etmək, həm də onun xeyriyyəçilik ideyalarının yaşadılmasına töhfə vermək olduğunu söyləyib.

“Uşaqlıqdan Tağıyev haqda bizə öyrədilən, danışılan xeyirxahlıqları məndə ona bir rəğbət yaradıb. Onun şərəfinə bir iş görmək istədim və bulağı ərsəyə gətirdim. Bu işə yeni başlayanda məndən soruşurdular ki, qohumundurmu, babanmı düşür? Onlara başa salırdım ki, bu adam su çəkdiyinə görə, insanların əlindən tutduğuna görə, xalqının gələcəyini düşündüyünə, çətinliklərdən çıxardığına görə layiqdir bu işə”, - deyə müsahibimiz məlumat verib.

© Sputnik / Ilham Mustafa
Elbrus Hüseynov

İxtisasca memar olan Elbrus Hüseynov bulağın layihəsini də özü hazırlayıb, inşasını da özü həyata keçirib. Həm də pula qənaət etməyib, inşaat üçün ağ mərmərdən istifadə edib. Lakin o, abidə üçün çəkdiyi xərci dilə gətirməyi sevmədiyini bildirib:

“Layihəsini də özüm çəkmişəm. Bütün fəhlə, usta işlərini də özüm görmüşəm. Bu işə çəkdiyim xərci həmişə soruşurlar məndən. Amma mən onu dilə gətirməyi ehtiyac bilmirəm. Xeyriyyəçiliyin bir şərti də odur ki, bunu elə xeyriyyəçilik kimi edəsən, ona çəkilən xərci hesablamayasan”.

© Sputnik / Ilham Mustafa
Gəncədə Hacı Zeynalabdin Tağıyevin adına bulaq kompleksi

E.Hüseynov buranın həm də bir su mənbəyi olduğunu, yolla keçən şəhər sakinlərinin, qonaqların bu sudan istifadəsinin də savab olduğunu bildirib. Bulaq kompleksinə istifadə edilən su isə öz evindən gəlir.

"Hamı oturub pul fikirləşəndə mən bu işi görmüşəm. Bu pula maşın da almaq olardı, başqa işlər görərdin deyirdilər. Dedim, yox, mən bu işi görürəmsə, deməli, mənimçün ən yaxşı iş budur. Bu, həm də su mənbəyidir. Turistlər gəlirlər Gəncəyə. Suyun özü bir ehsandır. Yoldan keçən uşaq-böyük oradan bir stəkan su içəndə elə onun özü bir savabdır. Tağıyev əhali üçün su çəkdirmişdi, mən də buraya çəkdim. Buranın suyu evimdən verilir". 

Elbrus Hüseynovun məhz bulaq variantını seçməsi də səbəbsiz deyil. O, bununla Bakıya su çəkdirən Tağıyevin nəcib əməlini bir daha yada salmaq, insanları xeyirxah işlərə ruhlandırmaq istəyib: "Küçəmiz H.Z.Tağıyevin adını daşıyır. Soruşurdular, qohumundurmu, babandırmı, hansı əlaqə var? Deyirdim yox. Amma bu insana bir baba kimi hörmətim var.

© Sputnik / Ilham Mustafa
Gəncədə Hacı Zeynalabdin Tağıyevin adına bulaq kompleksi

2006-da başladım, 2010-da bitirdim. Yerinin balaca olmağına baxmayaraq dekorativ bir iş görmək çətindir. Həm artıq detal olmasın, həm yerə uyğunlaşsın. Bunun özü bir zövqlə işlənir.

Mərmərdir, mozaika daşlarıdır. Ən çox mərmərdən istifadə olunub. Saf niyyətli insan olduğu üçün fikirləşdim, abidəni kompleks şəkildə - həm abidə, həm şəlalə, həm bulaq - qurum. Burada təmiz niyyət, təmiz istək və saflıq rol oynayıb.

  • Gəncədə Hacı Zeynalabdin Tağıyevin adına bulaq kompleksi
    © Sputnik / Ilham Mustafa
  • Gəncədə Hacı Zeynalabdin Tağıyevin adına bulaq kompleksi
    © Sputnik / Ilham Mustafa
  • Gəncədə Hacı Zeynalabdin Tağıyevin adına bulaq kompleksi
    © Sputnik / Ilham Mustafa
1 / 3
© Sputnik / Ilham Mustafa
Gəncədə Hacı Zeynalabdin Tağıyevin adına bulaq kompleksi

Mane olmaq istəyənlər olsa da, çox üstümə gəlmirdilər. Hər kəsə maraqlıydı, bunun burada xeyri yoxdursa, niyə bu işi görür. Heç bir təmənna olmadan.

Bir gün Hacının şəklini döydürüb gətirmişəm. Polislər gəldilər. Soruşdular ki, nə iş görürsən. Daşı evə qoymuşdum. Polis baxdı. Dedim, tanıyırsız? Dedi, tanıyıram. Dedim, bu kişinin abidəsini tikdirirəm burada. Dedilər, əlini soyutma, biz bildik ki, sən burada nə iş görürsən".

0
Mövzu:
Azərbaycanın görməli yerləri, turizm obyektləri
Əlaqədar
Metal lövhələri sənət əsərinə çevirən adam: qonşu ölkələr onun işlərinə maraq göstərir
Daşları danışdıran adam: Bizim yerli materiallardan dünyanın heç yerində yoxdur
İçərişəhərdə gəzinti üçün yeni yerlər hazırdır – Bakı Xan Sarayı, Xan bağı və hamam
Nə turist var, nə qonaq, amma Naftalan nə edəcəyini bilir - FOTO
Bu da "distant alver": Azərbaycanda ilk satıcısız mağaza - FOTO