Дождь в Баку

ETSN bir daha hava barədə xəbərdarlıq edir

229
(Yenilənib 16:39 14.02.2019)
Bəzi yerlərdə intensiv qar yağacağı ehtimalı var

BAKI, 14 fevral - Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 15-dən 16-na keçən gecədən başlayaraq fevralın 17-si səhərədək havanın arabir yağıntılı olacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi arabir 15-20 m/s-dək güclənəcək.

Məlumatda, həmçinin qeyd olunur ki, Azərbaycanın rayonlarında fevralın 14-ü axşamdan 17-si gündüzədək havanın qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

229
Əlaqədar
Yağış, qar, külək - HAVA XƏBƏRDARLIĞI
Ukrayna Hərbi Hava Qüvvələri Krım yaxınlığında təlimə hazır olduğunu açıqlayıb
Yeni həftənin ilk gününün hava proqnozu bilindi
Sabaha gözlənilən hava proqnozu
Nazirlikdən hava proqnozu