Polis maşını hadisə yerində

Bakıya getdiyi deyilən Ağcabədi sakini itkin düşüb

55
(Yenilənib 22:40 13.02.2019)
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırmalara başlanıb

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 13 fevral — Sputnik. Ağcabədi sakini olan 58 yaşlı kişi itkin düşüb.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə yanvarın 25-də Ağcabədi rayonu, Boyat kəndində baş verib.

Kənd sakini, 1961-ci il təvəllüdlü Qurbanlı Bəhram Qurban oğlu Bakı şəhərinə getdiyini deyərək yaşadığı ünvandan çıxıb. O zamandan həmin şəxs barəsində heç bir məlumat yoxdur.

Hadisə ilə bağlı Ağcabədi rayon polis şöbəsinə müraciət edilib. Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

 

55