Türkiyə vətəndaşı Balakəndə yol qəzası törədib

Balakəndə ağır qəza nəticəsində ölən yaralananlar var - FOTO

210
(Yenilənib 19:32 13.02.2019)
Türkiyə dövlət qeydiyyat nişanlı TIR ilə “Toyota RAV4” markalı minik avtomobili toqquşub

BAKI, 13 fevral — Sputnik. Balakən rayonunda yol qəzası baş verib.

Sputnik Azərbaycan-ın Report-a istinadla məlumatına görə, hadisə Yevlax-Zaqatala- Gürcüstan sərhəd magistral yolunun rayonun “Beş bulaq” adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.

  • Türkiyə vətəndaşı Balakəndə yol qəzası törədib
    Türkiyə vətəndaşı Balakəndə yol qəzası törədib
  • Türkiyə vətəndaşı Balakəndə yol qəzası törədib
    Türkiyə vətəndaşı Balakəndə yol qəzası törədib
  • Türkiyə vətəndaşı Balakəndə yol qəzası törədib
    Türkiyə vətəndaşı Balakəndə yol qəzası törədib
  • Türkiyə vətəndaşı Balakəndə yol qəzası törədib
    Türkiyə vətəndaşı Balakəndə yol qəzası törədib
  • Türkiyə vətəndaşı Balakəndə yol qəzası törədib
    Türkiyə vətəndaşı Balakəndə yol qəzası törədib
1 / 5
Türkiyə vətəndaşı Balakəndə yol qəzası törədib

Türkiyə dövlət qeydiyyat nişanlı TIR ilə “Toyota RAV4” markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü hadisə yerində ölüb. Yük maşınının sürücüsü olan Türkiyə vətəndaşı isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

210
Qəza, arxiv şəkli

Goranboyda ağır qəza 3 nəfər öldü, 4 nəfər xəsarət aldı

22
(Yenilənib 12:43 14.07.2020)
Cinayət işi üzrə hadisə yerinə və meyitlərə baxış keçirilib, şahidlər dindirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

BAKI, 14 iyul — Sputnik. İyulun 13-də saat 22 radələrində Naftalan şəhərinin Qaşaltı kəndi ərazisində 1993-cü il təvəllüdlü Orxan Həsənəliyevin idarə etdiyi "VAZ 2107" markalı avtomobillə 1996-cı il təvəllüdlü Camal Dadaşovun idarə etdiyi "VAZ 2107" avtomobil toqquşub.

Sputnik Azərbaycan Goranboy prokurorluğunun məlumatına istinadla xəbər verir ki, hadisə zamanı 3 nəfər ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə və meyitlərə baxış keçirilib, şahidlər dindirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

22
Top ilə gənc, arxiv şəkli

Qubada karantin rejimini pozan "futbolçular" cərimə olundular

14
(Yenilənib 12:33 14.07.2020)
Onlar barəsində də İXM-nin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.

BAKI, 14 iyul — Sputnik. Qubada karantin rejimini pozub futbol oynayanlar saxlanılıb.

Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Birinci Nügədi kəndi ərazisində qaydaları pozaraq futbol oynayan 25 nəfər şəxs saxlanılıb.

Onlar barəsində də İXM-nin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.

14
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar

Şəhid general-mayorla doğulduğu Qəbələdə izdihamlı vida

0
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan qəhrəman hərbçimiz, general-mayor Həşimov Poladın nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib.

General-mayor Həşimov Polad İsrayıl oğlu qəhrəmanca şəhid olub. Onun nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib. Məmləkətinə onunla vidalaşmaq imkanı yaradılıb.

Qeyd edək ki, şəhidimiz sabah paytaxtdakı İkinci Fəxri Xiyabanda son mənzilə yola salınacaq.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu, bu gün isə döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu şəhid olub.

0