Palçıq vulkanları, arxiv şəkli

Şamaxıda vulkan püskürməsi evlərə ziyan vurub

55
(Yenilənib 16:31 13.02.2019)
Quşçu vulkanı tez-tez püskürən vulkandır, 1913-cü ildən başlayaraq bu onun 15-ci püskürməsidir

BAKI, 13 fevral — Sputnik. "Quşçu vulkanı kiçik vulkan olsa da, aktiv vulkan sayılır. O, Şamaxı rayonunun 20 kilometrliyindəki Quşçu kəndində yerləşdiyi üçün Quşçu adlanır. Tez-tez püskürən vulkandır. Belə ki, 1913-cü ildən başlayaraq bu onun 15-ci püskürməsidir".

Agung vulkanı
© REUTERS / Johannes P. Christo

Bu sözləri Sputnik Azərbaycan-a AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.

O, bildirib ki, vulkanın sonuncu püskürməsi ötən il yanvar ayının 15-dən 16-na keçən gecə baş verib.

"İndiki püskürmə əvvəlkinə nisbətən zəifdir. Ancaq bu dəfə vulkan palçığının tullantısı daha çoxdur. Təxminən 2 hektar sahəni örtüb. Torpaq ərazisində çatlar əmələ gəlməyib, yanğın baş verməyib. Vulkana yaxın ərazidə olan iki evin divarlarında çatlar əmələ gəlib. Amma ciddi qorxusu yoxdur. Heç kim xəsarət almayıb".

Xatırlayaq ki, Şamaxı rayonunun Quşçu kəndində vulkan püskürməsi fevralın 13-də saat 06:25-də qeydə alınıb. Püskürmə 1 dəqiqə 30 saniyə davam edib.

55