Heydər Əliyev Beynəlxalq Aeroportu

Heydər Əliyev Beynəlxalq Aeroportunda qanunsuz cəhdin qarşısı alınıb

28
(Yenilənib 12:44 13.02.2019)
Gömrük baxışı zamanı vətəndaşa məxsus çantada gömrük nəzarətinə bəyan edilməyən 13 ədəd qadın xəz geyimləri aşkarlanıb

BAKI, 13 fevral — Sputnik. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinın əməkdaşları külli miqdarda malları Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Məlumata görə, Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus boz rəngli çanta Heydər Əliyev Beynəlxalq Aeroportunun T1 terminalının baqaj bunkerində quraşdırılmış rentgen qurğusundan keçirilən zaman monitorda çoxsaylı geyim əşyalarının təsvirləri əks olunub.

Lakin vətəndaş gömrük nəzarəti zonasına daxil olarkən müəyyən edilən həddən artıq malları gömrük nəzarətinə elektron və ya yazılı formada bəyan etmədiyi halda "Yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə həmin malları keçirmək istəyib.

Bundan sonra o, gömrükçülər tərəfindən saxlanılaraq yoxlama məqsədi ilə "Qırmızı kanal"a yönləndirilib. Gömrük baxışı zamanı vətəndaşa məxsus çantada gömrük nəzarətinə bəyan edilməyən 13 ədəd qadın xəz geyimləri aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

28
Teqlər:
baxış, sərhəd, yoxlama, gömrük
Əlaqədar
Gömrüyün keçmiş vəzifəli şəxsi məhkəmə qarşısına çıxarıldı
Gömrükdən rüsumsuz nə keçirmək olar - RƏSMİ AÇIQLAMA
Gömrükdə 10 ton saxta dərman saxlanılıb - VİDEO