“Savalan” qrupunun rəhbəri İffət Əsgərov

Tanınmış musiqi qrupunun rəhbəri xəstəxanaya yerləşdirildi

147
(Yenilənib 14:37 12.02.2019)
"Xəstənin qan damarlarında tıxanıqlıq var, hazırda vəziyyəti stabildir"

BAKI, 12 fevral — Sputnik. "Savalan" qrupunun hal-hazırkı bədii rəhbəri İffət Əsgərov xəstəxanaya yerləşdirilib. Bu barədə Sputnik Azərbaycan-a onun yaxınları məlumat veriblər.

Bildiriblər ki, İffət Əsgərovun ürəyində ciddi problem yaranıb. O, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib və anju olunub.

Musqiçi sabah ürəyində yarandığı problemlə bağlı cərrahiyyə əməliyyatı edilməlidir.

Sputnik Azərbaycan-ın əməkdaşı əməliyyatı həyata keçirəcək cərrah Mirəli Məcidovla əlaqə saxlayıb. "Xəstənin qan damarlarında tıxanıqlıq var. Hazırda vəziyyəti stabildir. Onun sabah əməliyyat olunması planlaşdırılır" - deyə həkim bildirib.

Qeyd edək ki, qrupun bədii rəhbəri Novruz Novruzlu dünyasını dəyişdikdən sonra "Savalan" qrupuna İffət Əsgərov rəhbərlik edir.

147
Teqlər:
əməliyyat, xəstəxana, "Savalan" qrupu
Əlaqədar
"Savalan" qrupunun yeni bədii rəhbəri bəlli oldu