Rüşvət alan adam

DTX "reketçilikdə" ittiham olunan baş redaktorla bağlı məlumat yayıb

108
İkram Rəhimovun əməllərindən daxil olan şikayətlərin obyektiv araşdırılması təmin ediləcək

BAKI, 12 fevral — Sputnik. Ötən illər ərzində ayrı-ayrı şəxslər barəsində böhtan xarakterli və rüsvayedici məlumatları mütəmadi olaraq mətbu orqanlarda dərc etdirib dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olan müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) araşdırılıb, ölkə ərazisində "reket" nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən şəxslərin silsilə hüquqazidd fəaliyyətlərinin qarşısının alınması üçün qanunla müəyyən olunan tədbirlər görülüb.

Bu barədə Sputnik Azərbaycan-a DTX-nin İctimai əlaqələr şöbəsindən məlumat verilib. Məlumata görə, bəzi informasiya saytlarında qeyd olunan tədbirlərin mahiyyətini təhrif edən məlumatlara rast gəlinir.

"Realliq.info" informasiya saytının baş redaktoru, Azərbaycan Respublikasının vətəndaşı Rəhimov İkram Rafiq oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı DTX-nin İctimai əlaqələr şöbəsi məlumat verərək bildirir ki, İkram Rəhimovun hədə-qorxu ilə pul tələb etdiyi barədə ayrı-ayrı şəxslərin şikayətləri DTX-də araşdırılıb. Məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə onun müvafiq əməlləri qeydə alınıb, hədə-qorxu ilə tələb etmə cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Davam edən istintaqla şübhəli bilindiyi cinayətlərə görə İkram Rəhimova elan edilən ittihama əsasən, o, 2017-ci ilin sentyabr ayında zərərçəkmiş Elxan Dadaşovdan mətbuatda sahibkarlıq fəaliyyəti zamanı qanunsuzluqlara yol verdiyinə dair məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edərək alıb.

İttihama əsasən, İkram Rəhimov zərərçəkmiş Zakir Hüseynovdan barəsində mətbuatda şəxsi və işgüzar nüfuzuna xələl gətirən rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 2016-2018-ci illər ərzində müxtəlif vaxtlarda mütəmadi olaraq pul vəsaiti tələb edərək alıb. İkram Rəhimov 2017-ci ilin sentyabr ayında zərərçəkmiş Rafiq Ədilovdan davamlı olaraq mətbuatda rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edərək alıb.

Daha sonra, İkram Rəhimov 2017-ci ilin dekabr ayında fərdi sahibkar Cabir Cəfərovdan fəaliyyətində qanunsuzluqlara yol verdiyi barədə mətbuatda məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edərək alıb.

Bundan əlavə, İkram Rəhimov 2018-ci ildə zərərçəkmiş Azər Mirzəyevdən, guya, müxtəlif qanunsuz əməllərə yol verdiyinə dair mətbuatda məlumatlar yayacağı hədəsi ilə müxtəlif tarixlərdə pul vəsaiti tələb edərək alıb.

İkram Rəhimovun əməllərindən daxil olan şikayətlərin obyektiv araşdırılması təmin ediləcək.

108
Teqlər:
məlumat, sahibkar, tələb, vəsait, pul, DTX
Əlaqədar
Azərbaycanın onlayn ticarət şirkətlərinin adı rüşvət qalmaqalında
Özbək polislər rüşvət almayacaqlar – Qurana əl basdılar
Qırx altı nəfər haqqında rüşvətə görə cinayət işi açılıb
Azərbaycanda vergi müfəttişləri rüşvət üstündə tutulublar
Avtobus

Üç yüz manat xeyir götürəcəkdi, 15 günlük həbsə düşdü - FOTO

126
(Yenilənib 16:10 08.08.2020)
İcazəsi olmayan 30 sərnişinin hər birindən 10 manat almaqla onları Bakı şəhərinə aparacağına söz verən kişinin heç sürücülük hüququ olmadığı ortaya çıxıb

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 8 avqust — Sputnik. Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin qaydalarını pozaraq, Bakıya sərnişin daşımağa cəhd edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərabaycan-a verilən məlumata görə, qanunsuz fəaliyyətlə məşğul olan Mingəçevir şəhər sakini Vasif Osmanov idarə etdiyi “Mercedes” markalı avtobusla sərnişinləri Bakıya aparmaq istəyən zaman şəhər ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb. Yoxlanış zamanı V.Osmanovun sürücülük hüququ olmadan sükan arxasına əyləşdiyi də məlum olub. O, icazəsi olmayan 30 sərnişinin hər birindən 10 manat almaqla onları Bakı şəhərinə aparacağına dair söz verdiyini bildirib.

© AR Ministry of Internal Affairs
Saxlanılan şəxs

Sürücü Vasif Osmanov barəsində Mingəçevir Şəhər Polis Şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və  o, məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati həbs edilib. Sərnişinlər barəsində isə protokol tərtib edilərək, cərimə olunublar.

126
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Balakəndə istirahət edənləri polis sıraya düzdü
Əvvəl açıq havadakı restoranlar, sonra rayonlara gediş-gəliş açılacaq
Hökumət karantin rejiminin daha da yumşaldılması barədə qərar qəbul edib
Hamam kömək etmədi: uşaq bağçasına görə valideynlər də cəzalandılar
DYP Bakını tərk etmək istəyən sürücülərə xəbərdarlıq edib
Xırdalanda yanğın, arxıv şəkli

Xırdalan yenə qara tüstüyə büründü - VİDEO - FOTO

162
(Yenilənib 15:40 08.08.2020)
İlkin məlumata görə, təkər tullantıları yığılan geniş ərazidə yanğın baş verib. Görülən operativ tədbirlər nəticəsində yanğının qarşısı alınıb

BAKI, 8 avqust — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində (Bakı-Sumqayıt avtomobil yolunun kənarında) yanğın olması barədə məlumat daxil olub.

© Sputnik /
Xırdalanda yanğın

Sputnik Azərbaycan-ın məlumatına görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.

İlkin məlumata görə, təkər tullantıları yığılan geniş ərazidə yanğın baş verib. Görülən operativ tədbirlər nəticəsində yanğının qarşısı alınıb. Yanğın qısa müddət ərzində söndürülüb.

162
 Xaçmaz rayonunda Şəhidlər Xiyabanı yenidən qurulur

Vətən uğrunda canından keçənlərin uyuduqları məkan yenidən təmir olunur

0
(Yenilənib 16:45 08.08.2020)
Xaçmazın Şəhidlər Xiyabanında quruculuq işləri aprel ayından başlanılıb. 225 nəfərin şəkilləri əks olunan xatirə lövhələrinin yenidən quraşdırılması yekunlaşmaq üzrədir

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 8 avqust — Sputnik. Xaçmaz rayonunda baxımsız və köhnə vəziyyətdə olan Şəhidlər Xiyabanı yenidən qurulur. Rayonun icra başçısı Elnur Rzayevin qərarı ilə uzun müddətdir baxımsız halda olan Şəhidlər Xiyabanında əsaslı bərpa və təmir işləri başlanılıb. Bununla bağlı məlumatı Sputnik Azərbaycan-a Xaçmaz rayon İH-in baş məsləhətçisi Yaqut Məhsimova verib.

Onun sözlərinə görə, təmir başa çatdıqdan sonra burada yeni yaşıllıqlar, ağac və gül kolları əkiləcək və abadlaşdırılacaq: “Xaçmaz rayonundan Vətən uğrunda 225 nəfər şəhid olub. 2006-cı ildə onların xatirəsini əbədiləşdirmək  üçün Şəhidlər Xiyabanı kompleksi salınıb. İllər keçdiyinə görə xiyaban yararsız hala düşüb. Və bu səbəbdən burada yenidən quruculuq-bərpa işləri aparılır. 2500 kvadratmetr sahəni əhatə edən xiyabanda quruculuq işləri aprel ayından başlanılıb. Hal-hazırda işlər davam etdirilir. 225 nəfərin şəkilləri əks olunan xatirə lövhələrinin yenidən quraşdırılması yekunlaşmaq üzrədir”.

  • Xaçmaz rayonunda Şəhidlər Xiyabanı yenidən qurulur
    © Sputnik / Leyla Abdullayeva
  • Xaçmaz rayonunda Şəhidlər Xiyabanı yenidən qurulur
    © Sputnik / Leyla Abdullayeva
  • Xaçmaz rayonunda Şəhidlər Xiyabanı yenidən qurulur
    © Sputnik / Leyla Abdullayeva
1 / 3
© Sputnik / Leyla Abdullayeva
Xaçmaz rayonunda Şəhidlər Xiyabanı yenidən qurulur

“Xiyabanın mərkəzində hündürlüyü 17 metrə yaxın olan "Əbədi məşəl" xatirə kompleksinin tikintisinə başlanılıb. Bundan başqa, xiyabanda Xaçmazın Milli Qəhrəmanı Yavər Şahbazovun büstü də qoyulacaq. Aprel ayında başlanılan quruculuq işlərinin oktyabr ayında başa çatacağı gözlənilir. Təbii ki, bunların hamısı hər zaman şəhidlərimizə və onların ailələrinə dəyər verən cənab Prezidentimiz İlham Əliyevin göstərdiyi diqqətin bariz nümunəsidir. Bundan başqa, xiyabanla yanaşı, kəndlərdəki şəhidlərin də məzarları yenidən bərpa edilir”, - Y.Məhsimova bildirib.

Şəhidlər Xiyabanında gedən təmir-bərpa işləri, şəhid ailələrini də çox sevindirib. Bu barədə açıqlama verən şəhid Niftəliyev Adil Kamal oğlunun bacısı Qızılgül xanım öz duyğularını bizimlə bölüşüb. Onlar bu xəbəri eşidəndən həm kövrəldiklərini, həm də sevindiklərini bildirib. Onun sözlərinə görə, xiyabana gedən zaman lövhələrin yararsız hala düşdüyünü görəndə çox narahat olurdular. O, ən azından lövhələri yaxşı vəziyyətdə görəndə mənən də olsa rahatlıq tapdıqlarını bildirib.

0
Əlaqədar
Gənc heykəltaraş bu dəfə polkovnikin xatirəsini əbədiləşdirib
General-mayor Polad Həşimov səngərdə şəhid olub - Müdafiə Nazirliyi
“Ailəsinə bağışlaya bilərəm” – Gənc heykəltəraş 4 günə generalın büstünü hazırlayıb
General Polad Həşimovun adı əbədiləşdiriləcək